Oqtay Novruzlu
|
informatika-oktay - Əsas xarici hissələr
|
|
|
Fiziki hissələr 2 yerə ayrılır: əsas hissələr və əlavə hissələr.
Yəqin ki, əksəriyyətiniz kompüter alanda fikir vermisiniz, Sizə 4 hissəni - sistem blokunu, monitoru, klaviaturanı və siçanı təklif edirlər. Kompüterin qiymətini soruşanda alınan cavab da elə bu 4 hissənin qiymətidir. Buradan biz görürük ki, kompüterin əsas hissələri yuxarıda sadaladıqlarımdır. Yəni, printer, skaner və digər qurğular olmasa da biz kompüterdə işləyə bilərik, lakin sistem blok olmasa kompüterdən söhbət gedə bilməz, monitor olmasa baş verən prosesləri görə bilmərik, klaviatura olmasa məlumatları daxil edə bilmərik, siçan olmasa işləyə bilərik, amma iş çox gec alınar.
Aşağıdakı 4 əsas fiziki hissə bir yerdə qoşularsa buna kompüter demək olar:
- Sistem blok (prosessor) - mənası sistemi idarə edən qutu deməkdir, kompüterin yaddaşı, beyni, proqram təminatı, bir sözlə hər şeyi bu qutunun içərisindədir. Bütün əməliyyatlar burada getdiyi üçün buna prosessor da deyilir. Sistem blokun gözəlliyinə görə ona qiymət verməyin, əsas onun içərisindəkidir. Ağıllı adamlar yaxşı deyiblər: "İnsana xaricinə görə yox, daxilinə görə qiymət verin!"
 
- Monitor - lüğətdə nəzarət eləmək, yoxlamaq; display - aşkar etmək, göstərmək kimi tərcümə olunur. Hər ikisi sistem blokda gedən prosesləri təzahür etdirən qurğunun adıdır. Monitorlar əsasən 3 növə bölünür:
1. CRT (Cathode Ray Tube) - elektron şüa borusu, el arasında trubka monitor deyilir, böyük ölçülü monitorlar;
2. LCD (Liquid Crystal Display) - kristal maye ekranlı, yastı panelli monitorlar, indi bu monitordan çox istifadə olunur;
3. Plazma ekranlı monitorlar - xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar.

- Klaviatura (keyboard) - düymələr paneli, müxtəlif formalarda olur, hamısının vəzifəsi eynidir.

- Mouse (mışka) - tərcüməsi siçan. Görülən işi 70% tezləşdirir. Fərdi kompüter ilk yaranan vaxtlarda siçan olmayıb. İlk siçanlar diyirçəkli kürə ilə işləyib, sonra şüa ilə işləyənlər yaradıldı, indi isə kabelsiz işləyən siçanlar da var.

9011 - dəfə baxılıb. |
Bugün 3 ziyaretçikişi burdaydı!
|
|
|
|