Bayonetta (Yapon dilində:ベヨネッタ) - Platinum Games kompaniyası tərəfindən hazırlanmış kompyuter oyunu. Kompyuter oyununun yaradıcısı Xideki Kamiya həm də Devil May Cry, Resident Evil 2, Okami və Viewtiful Joe kompyuter oyunlarının hazırlanmasında iştirak etmişdir.
Oyunda hadisələr avropa ölkələrindən birində cərəyan edir. Baş qəhrəman Bayonetta adlı bir qızdır. O, düşmənlərlə müxtəlif növ silahlar və sehirdən istifadə edərək vuruşur. Oyun beş səviyyədən ibarətdir.
"Bayonetta" oyununun hazırlanmasına 2007-ci ildən başlanılmışdır. Oyun ilk dəfə Yaponiyada 29 oktyabr, 2009-cu ildə, digər ölkələrdə2010-cu ildə kütləvi istifadəyə verilmişdir.
"Bayonetta" 3D-action olub, 3-cü şəxs tərəfindən idarə olunur. Oyunçu Bayonettanı idarə edərək müxtəlif üsullarla düşmənlərə qalib gəlçəyə çalışır.