Oqtay Novruzlu
 
informatika-oktay - Jurnal
  Ana Səhifə
  Təqdimatlar
  Göstərici
  Top 10
  Proqram təminatı
  Əməliyyat sistemləri
  Word proqramı ilə tanışlıq
  Microsoft PowerPoint
  Excel proqramı ilə tanışlıq
  Paragon Software yeni məhsullarını təqdim edib
  İnternetin qısa tarixi
  Tətbiqi proqramlar hansı proqramlara deyilir?
  ELEKTRON KITABLAR
  Word proqramının menyu sətri və alətlər zolağı
  LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)
  İnternetin sürətini yoxla
  Əsas xarici hissələr
  Pulsuz proqramlar
  Dərsliklər
  Oyunlar
  Topolojilər
  Bayonetta
  Mini Ninjas
  Jurnal
  Bir şagird - bir kompyuter lahiyəsi
  Təhsil sısteminin informasionallaşdırılması
  Ziyarətçi defteri

 İnformasiya Texnologiyaları sahəsində biliklərə yiyələnmək və yeniliklərdən xəbərdar olmaq üçün mənim pulsuz elektron jurnalıma abunə ola bilərsiniz. Bununla siz mütəmadi olaraq öz e-mail ünvanınıza yeni məktublar qəbul etmiş olacaqsınız, bu məktublar vasitəsilə maraqlı dərslər və kiçik proqramlar əldə edəcəksiniz.

Abunə olmaq üçün aşağıda adınızı və e-mail ünvanınızı daxil edib "Razıyam " düyməsini vurun. Rus dilində pəncərə açılacaq, buradan "Prislat mne pismo!" düyməsini vurun, Sizin e-mail ünvana məktub gələcək, həmin məktubda birinci linkin üzərində tıklayın. Bununla Siz abunəyə razılığınızı bildirirsiniz.

 
Ad: *
e-mail: *

 


Elektron jurnalımın birinci buraxılışını Sizə təqdim edirəm


Elektron jurnal

№ 1

Lazımlı proqramlar

   Salam, hörmətli abunəçilər. Nəhayət gözlədiyiniz Elektron jurnal istifadəyə hazırdır və ilk buraxılışı Sizə təqdim edirəm. Bu məktubda Sizə hər bir kompüter istifadəçisinə lazım olan proqramlar haqqında qısa məlumat verəcəyəm.

Adobe Acrobat və ya Acrobat Reader. Bu proqram pdf formatında olan faylları oxumaq üçündür. İnternetdə mətnlər əsasən pdf formatında olur. Bu format mətni şəkil kimi yaddaşda saxlayır, yəni mətn üzərində dəyişiklik etmək olmur. Mətni doc tipindən pdf tipinə çevirmək üçün bir neçə proqram mövcuddur, onlardan ən çox işlənəni Acrobat Reader proqramıdır ki, bunun da yeni versiyası Adobe Acrobat adlanır. Əgər kompüterinizə pdf tipində fayl köçürmüsünüzsə yuxarıda dediyim proqramlardan biri olmasa pdf faylı açılmaz. Kitabda, dəftərdə, jurnalda olan mətni pdf tipində yaddaşa vermək üçün skaner olmalıdır.

Nero. Nero proqramı optik disklərlə əməliyyatlar aparmaq üçündür. Optik disklər deyəndə CD-ROM, CD-R, CD-RW, CD+RW, DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-RAM, HD DVD, Blu-Ray, AHD, HVD, AO-DVD, DMD, FMD-ROM nəzərdə tutulur. Bu proqram vasitəsilə diskləri kopyalamaq, kompüterdən disklərə məlumatı yazmaq, audio və video disklər yaratmaq, audio və video faylları doğramaq, montaj etmək, audio və video faylları oxutdurmaq, peşəkar video yaratmaq, məlumatların ehtiyat nüsxəsini yaratmaq və s. işlər görmək olur. Nero proqramının 6, 7, 8, 9 versiyaları istifadə olunur. Sonuncu 9 versiyasının imkanları daha çoxdur.

WinRAR. Kompüterdə məlumatları arxivləşdirmək və arxivlərlə əməliyyat aparmaq üçün müxtəlif proqramlar mövcuddur. WinRAR arxivləşdirmə proqramlarından biridir. Bu proqram böyük məlumatları sıxıb həcmini azaltmaq, internetdən itkisiz ötürmək, götürdüyümüz arxivləri açmaq və s. işləri görmək üçün analoq proqramlar içində ən yaxşısı və ən çox istifadə olunandır. Belə proqramlar çoxlu faylları bir arxiv formatına çevirib yaddaş qurğusuna yazmaq və ya internet vasitəsilə köçürmək imkanı verir. Kompüterdə arxiv proqramı olmasa arxiv faylını açmaq mümkün olmaz. WinRAR proqramının aşağıdakı imkanları var:

  • Çoxlu fayları bir arxiv faylına çevirmək,
  • Böyük həcmli faylı bir neçə arxiv faylına çevirmək,
  • Özüaçılan arxiv faylı yaratmaq (proqram olmasa da açıla bilən fayl),
  • Mətn, qrafika, media fayllar üçün müxtəlif sıxma dərəcələri tətbiq etmək,
  • Arxivə elektron imza əlavə etmək,
  • Zədələnmiş arxivləri bərpa etmək,
  • Arxiv fayllarını parol ilə qorumaq.

Elektron aləmdə bu arxiv formatları rast gəlinir – RAR, ZIP, GZİP, 7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH, TAR, UUE, Z.

Flash Player. SWF genişlənməsi ilə olan faylları oxutdurmaq üçün lazım olan proqramdır. İnternetdən götürülmüş animasiyalar əsasən SWF tipində olur.

Adobe Flash Player - Internet Explorer, Opera, Firefox və digər brauzerlər üçün komponentdir. Bu proqram təminatı flash animasiyanı (SWF faylını), oyunları, bəzi təqdimatları və reklamları oxutdurmaq, göstərmək üçün yaradılıb.

      Tərcümə proqramları.

Xarici dildən Azərbaycan dilinə və əksinə tərcümə etmək imkanı olan 2 proqram var – Dilmanc və Polyglot.

Dilmanc proqramında Azərbaycan, İngilis və Türk dilləri arasında tərcümə imkanları var. Bu proqram vasitəsilə mətni tərcümə etmək olur, lakin robot tərcüməsi, yəni mənasız tərcümə alınır. Dilmanc proqramında İngilis dilindən tərcüməni səsləndirmək imkanı da var.

Polyglot çoxdilli tərcümə proqramıdır - Azərbaycan, İngilis, Alman, Fransız, Rus dilləri arasında ətraflı lüğət tərcüməsi edir.

      İnternet üçün proqramlaq.

Opera, Mozilla Firefox, Google Chrome. Bu proqramlar internet saytlarını seyr etmək üçündür, Internet Explorer proqramının “qohumlarıdırlar”. Bunlardan hər birinin özünəməxsus özəllikləri var.

Download Master. Download Master internetdən yükləmə əməliyyatları aparmaq və idarə etmək üçün lazım olan proqramdır. Bu proqramın aşağıdakı imkanları var:
      Sürətli yükləmə,
      Yükləmənin sürətini nizamlamaq,
      Yükləməyə fasilə vermək,
      Kompüter sönərsə internet əlaqəsi yarandıqda yükləməni qırıldığı yerdən davam etdirmək,
      Eyni vaxtda bir neçə yükləmə etmək,
      İnternet əlaqəsi kəsilərsə əlaqə bərpa olan kimi yükləmənin avtomatik başlanması,
      Yükləmə bitdikdən sonra internetdən avtomatik ayrılma,
      Və sair.

MSN, Skype, ICQ, GİP, MAgent. Bu proqramlar ünsiyyət (çat) proqramlarıdır.

      Sistem proqramları.

Ccleaner. Ccleaner proqramı sistemdə və reestrdə olan lazımsız faylları təmizləyir.

RegCure. RegCure proqramı reestrin və sistemin səhvlərini düzəldir.

 

Bugün 1 ziyaretçikişi burdaydı!
İnformatika Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol