Hər kompüter şəbəkəsi məlumatın sistemlər arasında gəlib getməsini təmin edə biləcək bir yola ehtiyac duyur. Belə bir texnologiya olmadığı üçün fərqli şirkətlər bu məsələyə fərdi şəkildə yanaşıblar. Nəticədə məntiqi və fiziki şəbəkə dizayn topolojiləri yaradılmışdır. Aradakı bağlantı çox vaxt kabel üzərindən həyata keçirilir. Bununla bərabər kabelsiz həll yolları getdikcə yayılmaqdadır. Ancaq kabelsiz həll yolları hələ ki kabelə hər əsasda rəqib olmaqdan uzaqdır. Əksər şəbəkələr hələ ki kabelləmə sistemindən istifadə edir. Ona görə də fiziki topolojiləri öyrənmək mühümdür. Topoloji fərqli şəbəkə texnologiyalarının quruluşunu və çalışma şəkillərini anlamada başlanğıc nöqtədir. Şəbəkə quran zaman şəbəkənin hansı formada olmasını topolojilər vasitəsi ilə təyin edirsən. Təyin etdiyin topoloji istifadə edəcəyin texnologiyanı aydınlaşdırmaqda mühüm rol oynayır.
Topoloji tipləri

Fully Connected Topology
Tam birləşmiş topoloji
|
Tree Topology
Ağac Topoloji
|
Hybrid Topology
Hibrid Topoloji
|
Bus Topology
Şin Topoloji
|
|
Dual Ring Topology
İki qat Həlqə Topoloji
|
Star Topology
Ulduz Topoloji
|
Mesh Topology
Tor Topoloji
|
Linear Topology
Xətti Topoloji
|
Ring Topology
Həlqə Topoloji
|
|
Nodes
Nöqtələr, kompüterlər
|
Topolojini anlamanın ən asan yolu onu iki fərqli və sərbəst bölümə ayıraraq araşdırmaqdır:
- Fiziki Topoloji
- Məntiqi Topoloji
Fiziki topoloji, aralarında şəbəkə qurulmuş bir qrup kompüterə baxdığımızda gördüyümüz şeydir. Yəni kabel kompüterlər arasında necə dolaşır, kompüterlər bir-birlərinə necə bağlanmışdır kimi gözlə görülən materiallar fiziki topolojini aydın edir.
Məntiqi topoloji isə kabel bağlantı formalarının sərbəst şəkildə kompüterin məlumatlarını bir-birlərinə necə çatdırdıqlarını açıqlayır. Yəni mübadilə prosesinin gedişatından xəbər verir.
Topoloji əslində tək başına şəbəkə ilə bağlı bir çox mövzuya açıqlıq gətirmir. Məsələn: istifadə olunan kabelin tipi, maksimum uzunluğu, kompüterlərin kabelin istifadədə olub olmadığını necə təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil.
Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar Ethernet, Token Ring və ya FDDI kimi adlara sahibdir.
Hər şəbəkə texnologiyası istifadə etdiyi topoloji ilə bərabər, istifadə olunacaq kabel tipi, onun maksimum uzunluğu kimi mövzulara da aydınlıq gətirir. Hələ ki, bu texnologiyalar haqqında öyrənməli olduğumuz məsələlər onların hansı topolojidən istifadə etdiyidir. Sonra bu texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə öyrənəcəyik.
3139 - dəfə baxılıb.