Oqtay Novruzlu
 
informatika-oktay - Paragon Software yeni məhsullarını təqdim edib
  Ana Səhifə
  Təqdimatlar
  Göstərici
  Top 10
  Proqram təminatı
  Əməliyyat sistemləri
  Word proqramı ilə tanışlıq
  Microsoft PowerPoint
  Excel proqramı ilə tanışlıq
  Paragon Software yeni məhsullarını təqdim edib
  İnternetin qısa tarixi
  Tətbiqi proqramlar hansı proqramlara deyilir?
  ELEKTRON KITABLAR
  Word proqramının menyu sətri və alətlər zolağı
  LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)
  İnternetin sürətini yoxla
  Əsas xarici hissələr
  Pulsuz proqramlar
  Dərsliklər
  Oyunlar
  Topolojilər
  Bayonetta
  Mini Ninjas
  Jurnal
  Bir şagird - bir kompyuter lahiyəsi
  Təhsil sısteminin informasionallaşdırılması
  Ziyarətçi defteri
komp�terl?.biz

 

Paragon Software yeni məhsulunu təqdim edib

Rusiya proqram istehsalçısı olan Paragon Software Group qeyri-kommersiya istifadəçiləri üçün yeni proqram xəttinin istehsalı barədə məlumat verib. Bu proqram Paragon Backup and Recovery 10 adlanır və sistemin qəza vəziyyətində bərpası və miqrasiyası üçün nəzərdə tutulub. Yeni proqram xətti özündə məlumatların ehtiyat nüsxələnməsini və bərpasını, eləcə də sistemin virtuallaşması və miqrasiyasını cəmləyiir. Bütün bu funksiyaların kompleks şəkildə fəaliyyəti sayəsində Paragon Backup and Recovery 10 proqram xətti kompüteri fiziki və proqram çökmələrindən, viruslardan və ehtiyatsız davranışlardan qoruyur, bununla da fiziki və virtual mühitdə sistemi yaxşı vəziyətdə saxlayır və məlumat itkisinin qarşısını alır.

Paragon Backup and Recovery 10

Yeni xəttin proqramları mövcud olan bütün ehtiyat nüsxələmə texnologiyalarını dəstəkləyir, bu da istifadəçiyə yeddi üsul ilə ehtiyat nüsxələməyə və bir çox üsulla CD, DVD, Blue-ray disklərindən tutmuş FTP serverə kimi arxivlərin saxlanılması imkanlarını verir. Proqramda əməliyatlar avtomatlaşdırılıb. İstifadəçiyə mühafisə etmək istədiyi məlumatın tipini qeyd etmək kifayət edir ki, proqram avtomatik olaraq uyğun olan üsulu seçsin və kompüterin mühafizə səviyyəsinə uyğun ehtiyat nüsxələnmə getsin. Bütün proseslər istifadəçi kompüterdə işləyən zaman gedir, lakin bu işi ləngitmir, çünki yüklənmə görülən işə uyğun olaraq avtomatik dəyişir.

Paragon Clone

Yeni proqramda sistemin bərpasının funksionallığı artıb. Əvvəllər təkcə Linux / DOS и WinPE 2.1 bazasında yüklənmə diskləri vasitəsilə bərpa olunurdusa, indi sistemi başqa aparat platformasına (P2P) və ya virtual mühitə (P2V) miqrasiya etməklə bunu etmək olur. Paragon Backup and Recovery 10 proqramları Windows 7 sistemini və MS Virtual PC, VMware Workstation, VMware Fusion kimi virtual maşınları tam dəstəkləyir.

Yeni proqramlar seriyası iki versiyada - Professional Edition və Free Edition versiyalarda təqdim olunur. Free Edition versiyası ev kompüterləri üçün nəzərdə tutulub və http://www.paragon.ru/home/br-free/download.htmllinkindən yükləyə bilərsiniz.

 

2010-02-20
www.paragon.ru

 

komp�terl?.biz

 

Operanın yeni beta-versiyası - Opera 10.50 çıxıb

Opera Turbo texnologiyası ilə yeni versiyalar təqdim edən Opera proqrammistləri zəif internet qoşulmaları üçün bunun çıxış yolu olduğunu iddia edirdilər. Amma bu çox da effekt vermədi. Yeni təqdim olunan Opera 10.50 beta-versiyada bu texnologiya yenidən işlənilib. Bundan başqa yeni versiya JavaScript emalında daha da səmərəliliyi ilə fərqlənir. Yeni Carakan nüvəsi hesabına əvvəlki versiyalara nisbətən internet səhifəsini səkkiz dəfə tez açır.

Norveç kompaniyasının fevral ayında təqdim etdiyi Opera 10.50 beta-versiyada əlavə panellərin azaldılması hesabına iş sahəsi genişlənib. Görünüşü daha da təkmilləşib və rahatlaşıb.

Yeni imkanlardan biri də ayrıca vərəq və səhifələrdə məxfi rejimdə işləməkdir ki, bu zaman yaddaşda heç bir məlumat qalmır. Axtarış imkanları təkmilləşib və sadələşib. Söhbət gedən brauzer Windows 7 və Vista sistemlərində olan Aero Glass texnologiyasını dəstəkləyir. Opera Presto 2.5 nüvəsi HTML5, CSS 2.1 dillərini tam dəstəkləyir və CSS3 dilini qismən dəstəkləyir. Bunlardan başqa çoxlu yeni funksiyalar əlavə olunub.

Yükləmək istəyənlər Yüklə bölməsinə müraciət edə bilərlər.

 

2010-02-19

 

komp�terl?.biz

 

Gmail xidmətinin funksionallığı artdı

Google kompaniyası yeni “Google Buzz” («Живая лента Google») funksiyası yaratmaqla öz servislərinin sosial imkanlarını daha da genişləndirdi. Google Buzz real vaxtda seçilmiş insanlarla və ya bütün dünya ilə foto, video və digər məlumat mübadiləsi üçündür. Adi elektron məktublardan fərqli olaraq, yeni funksiya vasitəsilə məktubları foto və video ilə birlikdə göndərmək olur və məktubu alan bu foto və videoları həm kiçik, həm də tam ölçüdə görə bilir.

Google Buzz

Twitter, Picasa, Flickr, Google Reader kimi servislər Google Buzz funksiyasına qoşula bilir və servislərdə olan məlumatlar avtomatik real vaxtda Buzz lentində görünür. Əgər istifadəçinin e-poçtu aktiv deyilsə, yeni məlumatlar “Gələnlər” qovluğuna düşür.

Bundan başqa yeni servis mobil telefonda da işləyə bilir. Hələlik Android və iPhone dəstəkləyir. Mobil variantda əsas funksiyalardan əlavə coğrafi koordinatlara bağlılıq imkanı da var.

Özəlliklərdən biri də odur ki, Google Buzz servisini sazlamaq lazım deyil, Gmail-ə avtomatik qoşulur.

 

2010-02-19

 

komp�terl?.biz

 

USB 3.0 ilə fləş yaddaş qurğusu

İlk USB 3.0 ilə işləyən fləş yaddaş qurğusunu Super Talent kompaniyası yaradıb və təqdim edib. USB 3.0 standartı öz sürəti ilə USB 2.0 standartını geridə qoyacaq. Artıq bir neçə qurğu yeni standart ilə satışa buraxılıb. Məsələn, Xtreme Design P7P55D-E Series ana platalarında USB 3.0 tətbiq edilib. SuperSpeed USB 3.0 RAIDDrive flaşkası USB 2.0-a nisbətən məlumatı 10 dəfə sürətli ötürür. Yeni qurğu əvvəlki standartı da dəstəkləyir. Keçən ilin dekabr ayından SuperSpeed USB 3.0 RAIDDrive qurğusu 32, 64 və 128 Gb yaddaş tutumlarında buraxılır.

SuperSpeed USB 3.0 RAIDDrive

Fevralın əvvəlində Super Talent kompaniyası USB 3.0 standartı ilə yeni fləş modelini yaradacağını bəyan edib. USB 3.0 Express Drive adlanan yeni qurğunun qabaritləri 62 x 37 x 7,5 mm, yaddaş tutumu isə 16 Gb və ya 32 Gb olacaq. Yeni flaşka saniyədə 125 Mb həcmində məlumat ötürmək qabiliyyətinə malik olcaq. Yeni qurğu haqqında dəqiq məlumat hələlik verilmir və təqdimatı növbəti ayda gözlənilir.

 

2010-02-19
Super Talent

 

komp�terl?.biz

 

“Novosoft” kompaniyasının Handy Backup proqram təminatı satışa çıxıb

14 yanvar 2010-cu il tarixdən “1C” firmasının partnyor şəbəkəsinə “Novosoft” kompaniyasının Handy BackupTM adlı proqramı satışa çıxıb. Bu proqram məlumatın ehtiyat nüsxələnməsi və bərpası işini görən proqramlardandır. Handy Backup öz keyfiyyət və etibarlılığına görə mükafat və sertifikatlar qazanıb.

Handy Backup

Handy Backup məlumatların hərtərəfli mühafizəsi üçün yaxşı proqramlardan biridir. Bunun vasitəsilə sərt diskin, ayrıca faylların və qovluqların, müxtəlif informasiya daşıyıcılarının ehtiyat nüsxələnməsini və bərpasını həyata keçirmək mümkündür. Bütün bu işləri görmək üçün çox rahat interfeysi var.

Handy BackupTM proqramının əsas üstünlükləri - sadə və rahat interfeys, iki rejimdə işləmək imkanı, funksional konfiqurasiya.

Novosoft“Novosoft” kompaniyası - 1992-ci ildə yaranıb. İndi kompaniyanın nəzərəçarpan işlərindən CRM və ERP sinfindən olan mürəkkəb məlumat sistemlərinin yaradılması, tətbiqi və müşayiət olunmasını, tədris xidmətlərini qeyd edə bilərik. Eyni zamanda kompaniya kütləvi istifadə üçün nəzərdə tutulan proqram təminatı üzrə istehsalını da artırmaqdadır. www.handybackup.ru

1C“1C” firması – 1991-ci ildə əsası qoyulub və hal-hazırda keçmiş sovet məkanında ən qabaqcıl proqram təminatı hazırlayan firmalardandır. “1C” çoxşaxəli partnyor şəbəkəsi vasitəsilə istifadəçilərlə işləyir. Bu firma özünün yaratdığı çoxsahəli proqramlardan əlavə 100-dən çox proqram istehsalçılarının rəsmi distribyutorudur. www.1c.ru

 

2010-02-18

 

komp�terl?.biz

 

Dünyanın ilk hibrid noutbuku

Lenovo kompaniyası dünyanın ilk hibrid noutbukunu təqdim etdi. IdeaPad U1 adlanan bu noutbukun əlavə qoşulmuş ekranı var, bu ekran eyni zamanda iki qurğuya birləşməsinə baxmayaraq, bu qurğuların hərəsinin öz prosessoru və öz əməliyyat sistemi var. Noutbuk və qoşulmuş monitor birlikdə də, ayrılıqda da işləyə bilir.

Lenovo IdeaPad U1

IdeaPad U1 noutbuku iki qurğunun bir korpusda təcəssümüdür, bu noutbukda iki müxtəlif platforma arasında rahat keçid imkanı verən Hybrid Switch texnologiyası tətbiq edilib. Lenovo IdeaPad U1 noutbukunun həm də rahat interfeysi var ki, bu da məlumatı rahat formada oxumağa imkan verir. Yeni modelin ekranı iki rejimdə - altı və ya dörd hissəli rejimdə işləyə bilir. Məsələn, altıekranlı rejimdə eyni vaxtda elektron poçt, RSS, xostinq, sosial şəbəkələr və s. ilə işləmək olur, dördekranlı rejimdə fotolara, viedolara baxmaq, musiqiyə qulaq asmaq olur.

Həm noutbuk rejimində, həm də planşet rejimində IdeaPad U1 noutbuku ilə 5 saat işləmək olur, işləmədən 60 saat enerji ehtiyatı saxlayır. Yeni model 3G qoşulması, videokamera, mikrofon və əks-səda effekti verən dinamiklərlə təchiz olunmuşdur. IdeaPad U1 hibrid noutbuku kompüter bazarında analoqu olmayan yeni qurğudur ki, istifadəçiyə iki müxtəlif qurğu ilə işləmək hissi yaşadır.

 

2010-02-18
Lenovo

 

komp�terl?.biz

 

Plustek MobileOffice D428 adlı yeni skanerini təqdim etdi

Windows sisteminin reestri üçün faydalı işlər görən Reg Organizer 5 xidməti proqramının yeni versiyası çıxıb. Proqramın imkanlarından sistemin əl ilə və avtomatik təmizlənməsini, optimallaşdırılmasını və s. qeyd edə bilərik.

Reg Organizer 5

Reg Organizer 5 proqramının yeni versiyasında əsas dəyişiklik reestrin avtomatik yoxlanılmasında və optimallaşdırılmasında olub ki, bu da istifadəni çox asanlaşdırıb. Yeni başlayan istifadəçilər proqramın sazlanmasında heç nə etməyəcəklər, sadəcə funksiyanı işə salmaqla qalan işi proqram özü edəcək.

Reg Organizer 5

Reg Organizer 5 proqramında reestr redaktoru tamamilə dəyişilib. Buraya reg-faylların yaradılması və düzəliş edilməsi imkanları əlavə edilib. Adi reestr redaktorunda bir açardan bir reg-fayl yaratmaq olursa, bu proqramda müxtəlif açarlardan müxtəlif fayllar yaratmaq olur. Proqramın təhlükəsizlik sistemi təsadüfi səhvlərdən sistemi qoruyur, dəyişikliklərdən əvvəl avtomatik reestr rezervi yaranır ki, bu da sonradan reestri əvvəlki vəziyyətə qaytarmağa imkan verir.

Reg Organizer 5 proqramını buradan yükləyə bilərsiniz.

 

2010-02-17
http://www.chemtable.com

 

komp�terl?.biz

 

Plustek MobileOffice D428 adlı yeni skanerini təqdim etdi

Plustek Technology kompaniyası MobileOffice D428 adlı yeni skanerini kompüter bazarına çıxarıb. Yeni məhsul kiçik müəssisələr üçün nəzərdə tutulub, belə ki, bu skaner 4 x 12 düymlü sənədlərlə işləyir və bir dəqiqədə 28 vərəq skan edə bilir. D428 skanerinin şəkil keyfiyyəti 600 dpi-dir, müxtəlif formatlı şəkillərlə işləyə bilir.

MobileOffice D428 ilə skan olunmuş sənədi elektron ünvana göndərmək və ya istənilən formatda yaddaşda saxlamaq mümkündür. Bu skanerin qiyməti təqribən 350 dollar ətrafında dəyişir.

 

2010-02-16
Mənbə: DailyComm

 

komp�terl?.biz

 

Yashica S80 – yeni biznes-kart skaneri

Yapon kompaniyası olan Yashica öz yeni biznes-kart skanerini təqdim edib. Bu cırtdan-qurğu 150 qram çəkisindədir və onun ölçüləri 109 x 33 x 89 millimetrdir. Yeni qurğu Windows XP, Windows Vista и Windows 7 əməliyyat sistemləri ilə işləyir və kompüterə USB portu ilə qoşulur.

Bu qurğunun vəzifəsi biznes-kartda olan məlumatı oxumaq və rəqəmli formata çevirməkdir. Demək olar ki, hər cür formatda olan biznes-kartları tanıya bilir.

Yashica S80

Yashica S80 biznes-kart skaneri Yaponiyada artıq satışa buraxılıb, dünya bazarına çıxışı isə kompaniya tərəfindən planlaşdırılır.

 

2010-02-16
Mənbə: DailyComm

 

komp�terl?.biz

 

Yeni printer kəşf olunub

Pandigital и ZINK Imaging kompaniyalarının birlikdə yaratdığı Pandigital Portable Photo Printer adlı fotoprinter katricsiz işləyir. Bu printer ZINK Zero Ink Printing texnologiyası ilə işləyir, bu texnologiyanın əsasında çoxlaylı kağızlar durur. Bu kağızın laylarında kristala oxşar maddələr yerləşir, printerin çap edən başlığı bu layları qızdırır və laylardakı kristalaoxşar maddələr formasını dəyişərək statik vəziyyətə gəlir, beləlilə də şəkil yaranır. Sonrakı temperatur dəyişikliyində şəkil dəyişmir.

Pandigital Portable Photo Printer

İstehsalçıların dediyinə görə yeni kəşf olunan printer Zero Ink texnologiyası ilə işləyən dünyada birinci qurğudur. Pandigital Portable Photo Printer 10 x15 sm ölçüdə şəkil çap edir. Korpusda şəkillərə baxmaq üçün displey var. Printer müxtəlif yaddaş kartları ilə işləyə bilir.

Yeni qurğunun kütləvu satışa çıxmağı cari ilin birinci rübündə gözlənilir. Printerin qiyməti 150 dollar, kağızın qiyməti 40 dollar civarında olacaq.

 


Bugün 1 ziyaretçikişi burdaydı!
İnformatika Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol